Paralimpiya Oyunları: Taekvondoçularımız bürünc medal üçün döyüşəcək - FOTO

08:20 02-09-2021 486

Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında taekvondo yarışlarına start verilib.

HerGun.Az xəbər verir ki, bu gün iki taekvondoçumuz mübarizəyə qoşulub.

Lakin hər iki cüdoçumuz 1/8 finalda – ilk görüşündə uduzub. Belə ki, Röyalə Fətəliyeva (-49 kq) Xvansuda Fuanqkitçaya (Tailand) 4:17, İmaməddin Xəlilov (-61 kq) Daniil Sidorova (Rusiya) 19:25 hesabı ilə uduzub.

Onlar bürünc medal qazanmaq üçün təsəlliverici yarışa qatılacaq. Royalənin rəqibi artıq bəllidir. O, Bakı vaxtı ilə saat 12:30-dan etibarən Aruna (Hindistan) ilə qarşılaşacaq.

Səbuhi Musayev