22 yaşlı gənc matador faciəvi şəkildə öldü - FOTO

08:40 02-09-2021 384

ABŞ-ın Kaliforniya ştatında 22 yaşlı Amedeu Kampos Silva adlı gənc matador yarış zamanı faciəvi şəkildə həyatını itirib.

“Haber Global” məlumat verir ki, Silvanı xəstəxanaya çatdırmaq mümkün olsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd olunur ki, Silva yarış zamanı öküzün üzərindən yerə yıxılıb və heyvanın arxa ayaqlarının altında qalıb. 

A.K. Silvanın ölümü barədə məlumatı Peşəkar Öküz Matadorları (Professional Bull Riders) təşkilatı da təsdiqləyib.

Təşkilatdan həmçinin bildirilib ki, Silva 1989-cu ildən bu yana yarışlarda həyatını itirən 21-ci peşəkar matadordur.