Qazaxda ağır qəza: Sürücü öldü

09:00 02-09-2021 448

Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın məlumatına görə, hadisə rayonun Ülkməzli kəndində qeydə alınıb.

Hərəkətdə olan VAZ-2107 markalı minik avtomobili yolda idarə etməni itirib. Nəticədə maşın yoldan çıxaraq dərəyə düşüb.

Sürücü 1983-ci il təvəllüdlü Eldar Osmanov xəstəxanaya aparılarkən yolda vəfat edib. 

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət