Qohumlar arasında torpaq üstündə dava: Kişi əmisi oğlunu bıçaqladı

11:00 02-09-2021 437

Ağdaş rayonunda qohumlar arasında torpaq üstündə dava baş verib.

Bu barədə HerGun.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. 

Ağdaş rayon Qaradeyin kənd sakini 1991-ci il təvəllüdlü Samir Məmişovla əmisi oğlu Paşa Məmişov arasında torpaq üstündə mübahisə yaranıb. 

Nəticədə S.Məmişov P.Məmişova bıçaqla xəsarət yetirib.

O, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb və istintaqa təqdim olunub. 

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

İlhamə Əbülfət