22 yaşlı İrinanın böyrək köçürülməsi əməliyyatına ehtiyacı var – Xeyirxah insanlara çağırış

13:40 02-09-2021 466

Ötən ilin dekabr ayında 22 yaşlı İrina Tokoseyevaya beşinci mərhələdə xroniki böyrək çatışmazlığı diaqnozu qoyulub.

Qız indi proqram dializindədir, ancaq onun normal və sağlam həyata qayıtmaq şansı var.

Bu vəziyyətdə yeganə çıxış yolu isə böyrək köçürülməsidir.

Ancaq ailənin bu əməliyyatın xərclərini qarşılamaq üçün maddi durumu yetərli deyil.

Azərbaycanda bu proses - müayinədən reabilitasiyaya qədər 25 min manata başa gəlir. Hazırkı məqama qədər bu vəsaitin yalnız səkkiz min manatını toplamaq mümkün olub. Beləliklə, xəstənin şəfa tapması üçün daha 17 min manata ehtiyac var. Bu əməliyyat edilməsə, qız sağ qala bilməz.

HerGun.Az-ın redaksiya heyəti oxuculara xitab edərək müraciətə biganə qalmamağa, ailənin düşdüyü bu çətin durumda onlara yardım və kömək etməyə çağırır.

Əlaqə nömrələri:

+994 55 660 44 80 Natalya xanım (İrinanın anası)

Rekvizitlər:

Kapital bank

4169 7385 7374 1752/Ramazanova Gultan

Access Bank

4286 5212 6123 9497/Natalya Tokoseyeva