Bakıda kişi qayınanasının evindən 20 min manatlıq qızıl oğurladı

14:20 02-09-2021 823

Bakıda evdən xeyli miqdarda qızıl oğurlanıb.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 18-də Binə qəsəbəsindəki evlərin birindən 500 manat pul və 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu ev sahibəsinin kürəkəni T.Kərimovdur. O, törətdiyi əməli etiraf edib.