Yevlaxda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb - FOTO

15:20 02-09-2021 690

“Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər uğurla davam etdirilir. Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin tədbirlər çərçivəsində xidməti ərazidə kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.
 
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Heydər Zeynalov saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş hündürlüyü 3 metr 50 santimetrədək, çəkisi 116 kiloqramdan artıq olan 39 ədəd çətənə bitkisi və 5 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.
 
Faktla bağlı Yevlax RPŞ-də  araşdırmalar davam etdirilir.