Sabahdan daha bir marşrut “BakıKart”a keçir

17:40 02-09-2021 405

Bakıda fəaliyyət göstərən daha bir marşrut xətti nağdsız ödəniş sisteminə keçir.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, sabahdan etibarən 194 nömrəli marşrut xətti üzrə müntəzəm hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bu günə qədər müntəzəm marşrut xətləri üzrə istismarda olan avtobusların 69 %-i “Bakıkart”a keçib.

Qeyd edək ki, bundan əvvəl 165 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödənilməyə başlanılıb.