“Təmiz Sumqayıt” layihəsi çərçivəsində görüş keçirilib – FOTO

21:00 02-09-2021 495

Bu gün YAP Sumqayıt şəhər təşkilatının inzibati binasında Sumqayıt şəhərini Milli Məclisdə təmsil edən deputatların- Emin Hacıyev, Hicran Hüseynova, Tahir Mirkişili və Müşfiq Məmmədlinin köməkçilərinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Səyyarə Məmmədova, Nazirliyin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev və 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri Rafiq Şamıyevlə görüşü keçirilib.

Görüşdən sonra  Sumqayıt şəhərindən başlanan “Təmiz Sumqayıt” layihəsi ilə tanış olmaq məqasədilə Nazirliyin əməkdaşları və deputat köməkçiləri 1-ci məhəllədə olmuş və ASAN könüllülər tərəfindən layihə haqqında ətraflı məlumatlanıblar. 

Bildirilib ki, əhalini məişət tullantılarını çeşidləməyə, toplanıb təkrar emala göndərilməsinə cəlb etmək məqsədilə başalnmış layihə plastik qablaşdırma tullantılarının səmərəli idarə olunması sisteminin praktik olaraq həyata keçirilməsini və gələcəkdə bütün ölkə ərazisində tətbiqini nəzərdə tutan layihə çərçivəsində Sumqayıt şəhərində bir neçə məhəllədə konteynerlər yerləşdirilib, əhali arasında məişət tullantılarının çeşidlənməsini təbliğ edən maarifləndirmə tədbirləri keçirilib.

“Layihədə dövlət, özəl sektor və qeyri-hökumət təşkilatlarının əməkdaşlığı çərçivəsində ETSN ilə birlikdə ASAN könüllüləri, Eko könüllülər, “Coca-Cola”, “Carlsberg”, “Unilever” kimi bir sıra özəl şirkətlər də qoşulublar.

4 növ tullantının – şüşə, kağız, plastik və metalın çeşidlənərək müxtəlif konteynerlərdə toplanılmasını, yenidən emal müəssisələrinə göndərilməsi üçün məhəllələrə xüsusi konteynerlər qoyulub, həyətdəki qarajların, marketlərin divarlarına maarifləndirici şəkillər çəkilib, ekoloji bannerlər yerləşdirilib.