Gəncədə güclü külək bir sıra fəsadlara yol açıb - FOTO

21:20 02-09-2021 733

Gəncə şəhərində güclü külək bir  sıra fəsadlara yol açıb.

Şəhərin bir neçə yerində ağaclar küləyin təsirindən aşıb.

Hazırda Gəncə şəhər Yaşıllaşdırma İdarəsinin əməkdaşları ərazilərə cəlb olunub və açan ağaclar yollardan təmizlənir. 

Şəhərə elektrik enerjisinin, mavi yanacağın verilişində heç bir fasilə yaranmayıb.

Şəhərdə küləkli hava şəraiti davam edir.