Beyləqanda Şəhidi baş leytenant  Dadaşzadə Mahir Qərib oğlunun  doğum günü keçirildi

13:53 03-09-2021 687

     01 sentyabr 2021-ci il tarixdə Beyləqan rayonu Heydər Əliyev Mərkəzində Mərkəzin təşkilatçılığı ilə 44 günlük  Vətən müharibəsi şəhidi baş leytenant  Dadaşzadə Mahir Qərib oğlunun  doğum günü ilə əlaqədar tədbir  keçirmişdir.

 

    Əvvəlcə tədbir iştirakçıları Beyləqan  rayonu həzrəti Cərciz peyğəmbər  ziyarətgahında  uyuyan Şəhidlərimizi ziyarət etmişlər. Şəhidlər xiyabanında  şəhid  Dadaşzadə Mahir Qərib oğlunun və şəhidlərin məzarları ziyarət  olunduqdan sonra tədbir yuxarıda adı çəkilən məkanda davam etmişdir.

    Tədbirdə Beyləqan rayon İcra hakimiyyəti başçısının birinci müavini Telman Məstanov, Kürdəmir Regional Mədəniyyət İdarəsinin  rəisi Faiq Qudanlı, Şəhidin ata, anası,qohumları, döyüş yoldaşları, şəhid ailələrinin üzvləri, mətbuat işçiləri, Niyazi adına  musiqi məktəbinin  bir qrup işçiləri iştirak etmişlər.

Əvvəlcə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

     Beyləqan rayon İcra hakimiyyəti başçısının birinci müavini Telman Məstanov çıxış edərək bildirdi ki, biz  44 günlük müharibədə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin  rəhbərliyi ilə işğalçı erməni ordusuna  qalib gələrək ata-baba torpaqlarımızı  işğaldan azad etdik. Düşmənə qalib gəldik. Möhtəşəm Qələbə bayramını qeyd etdik. Bu döyüşlərdə şəhidlər versək də qailb dövlətin nümayəndəsiyik. Bunun üçün fəxr edirik. Fəxr edirik ki, Mahir Dadaşzadə kimi qəhrəman  döyüşçülərimizin  sayəsində torpaqlarımızı işğaldan azad etdik. Allah bütün şəhidlərimizə rəhət eləsin.

    Kürdəmir Regional Mədəniyyət İdarəsinin  rəisi Faiq Qudanlı çıxış edərək 44 günlük  vətən müharibəsində  mədəniyyət işçilərinin də olmasından söz açdı. F.Qudanlı bildirdi ki, qələbənin qazanılması  başda Silahlı Qüvvələrin  Ali Baş Komandanı  cənab İlham Əliyev olmaqla  şanlı ordumuzun, şəhidlərimizin,qazilərimizin, burada iştirak edən hərbiçilərimizin, qazilərimizin hesabına olub.Mahir Dadaşzadə kimi peşəkar zabit  böyütdükləri üçün  Şəhidimizin ata-anasına təşəkkürünü bildirdi.Şəhidimizə və şəhidlərə Allahdan rəhmət dilədi.

Beyləqan rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, hacı Vidadi,şəhidimizin döyüşçü yoldaşı Şəmkir rayonundan  İsmayılov İsmayıl, Biləsuvar rayonundan gizir Feyzzadə Zamiq Namiq oğlu (Şəhidimizin tələbə yoldaşı) çıxış edərək öz xatirələrini danışdılar.Şəhidlərə Allahdan rəhmət dilədilər.

Tədbirin sonunda məktəblilər  Mahir Dadaşzadəyə həsr olunmuş şeirlər söylədilər.Niyazi adına  Beyləqan rayon Musiqi məktəbinin  şagirdləri şəhidlərə həsr olunmuş musiq səsləndirdilər.

Şəhidimizin atası Qərib Dadaşzadə, Şəhidimizin anası Ofelya Dadaşzadə,şəhidimizin  həyat yoldaşı Lalə Dadaşzadə  Mahirli günlərədən geniş və ətraflı danışaraq, tədbiri təşkil edənlərə  ailələri adından minnətdarlıq etdilər.