Londonda vaksin əleyhdarları dərman agentliyinə hücum çəkiblər - VİDEO

05:40 04-09-2021 382

Londonda vaksin əleyhdarları Dərman Vasitələrinə Nəzarət üzrə Agentliyin binasına hücum çəkiblər.

Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

Aksiya iştirakçıları qurumu yeniyetmələrin vaksinasiyasına izacə veridyi üçün sərt şəkildə tənqid ediblər.

Bir qrup fəal agentliyin baş ofisinə daxil olmağa cəhd göstərib.

Polis etirazçıların hücumlarının qarşısını alaraq, onların binaya girişinə mane olub.

Nümayişçilərlə hüquq-mühafizə orqanları nümayəndələri arasında toqquşmalar baş verib.

Qeyd edək ki, adıçəkilən agentlik Britaniyada 12-17 yaş arası vətəndaşların vaksinasiyasına icazə verib.