Azərbaycan ordusunda hərbi qulluqçular üçün seminarlar keçirilir - FOTO

15:40 04-09-2021 297

Azərbaycan ordusunda şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və baş verə biləcək neqativ halların qarşısının alınması məqsədilə seminarlar keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Seminarlarda Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitləri və dövlət qulluqçuları, Respublika Hərbi Prokurorluğunun, Psixologiya Elmi-Tədqiqat İnstitutunun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin regional bölmələrinin əməkdaşları mühazirələr oxuyublar.

Çıxış edənlər zabit və əsgərlərimizin mənəvi-psixoloji hazırlığının yüksək olmasından danışıblar. Müdafiə Nazirliyinin rəhbərliyinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsinə daim ciddi önəm verdiyi vurğulanıb.

Sonda dinləyicilərin sualları cavablandırılıb və mənəvi-psixoloji hazırlıq mövzusunda kitabçalar tədbir iştirakçılarına təqdim olunub.