“Artilleriya atəşinin ustaları” müsabiqəsində uğurla iştirak edən hərbçilərimiz vətənə dönüblər

19:00 04-09-2021 436

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak edən artilleriyaçılarımız avqustun 4-də Bakıya qayıdıb.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, doqquz ölkəni təmsil edən artilleriyaçıların iştirak etdiyi müsabiqədə komandamız üçüncü yerə layiq görülüb.

Azərbaycan Ordusunun zabiti polkovnik-leytenant Əhmədov Namiq “Ən yaxşı məşqçi”, gizir Orucov Elşadın rəhbərlik etdiyi heyət isə “Ən yaxşı heyət” nominasiyalarının qalibləri olub.