Ərəb iş adamı Britaniya ordenini “rüşvətlə” alıb?

18:40 05-09-2021 355

Səudiyyə Ərəbistanından olan iş adamı Məhfuz Mübarək bin Məhfuz Britaniya İmperiyası ordenini almaq üçün 1.5 milyon futn-sterlinq ianə edib.

Müvafiq iddia ilə yerli mətbuat çıxış edib.

İddiaya əsasən, prosesin həyata keçirilməsində şahzadə Çarlzın müşaviri Maykl Fossset başlıca rol oynayıb.

Hazırda o, Kraliçanın xeyriyyə fondunun rəhbəridir. Hərçənd, qalmaqalın başlanması fonunda Fosset vəzifəsindən müvəqqəti istefa verib.

Atıq məsələ ilə bağlı daxili araşdırma aparıldığı bildirilir.

Mənbə: “Times”