Türkiyədə daha iki göl qurudu

02:20 06-09-2021 331

Türkiyədə isti hava şəraiti səbəbindən quruyan göllərin sayı artıb.

Belə ki, ölkənin Konya və Afyonqarahisar bölgələri arasında yerləşən Ağşəhər gölünün suyu tamamilə buxarlanıb.

Göldən geriyə yalnız çatlarla örtülü geniş torpaq səhəsi qalıb.

Bir vaxtlar 5-6 metr dərinliyində olan gölün qurumasında nizamsız suvarmanın da rolu olduğu bildirilib.

Bununla yanaşı, Adananın suvarma və enerji təchizatında mühüm əhəmiyyətə malik Seyhan bənd gölündə də sular qeybə çəkilib. Su hövzəsinin quruması nəticəsində sahildən yüz metrlərcə uzaqda olan Sevgi adasına aparan yol illər sonra yenidən ortaya çıxıb.

Mənbə: TRT