Amsterdamda antikovid nümayiş keçirilib

06:40 06-09-2021 336

Niderlandın paytaxtında minlərlə şəxs koronavirus qaydalarına etiraz edib.

Nümayişçilər şəhərin mərkəzilə 7 kilometrlik yürüş ediblər.

Dam meydanında sona çatan tədbir insidentsiz başa çatıb.

Yürüşün təşəbbüskarı indiyədək bir neçə antikovid aksiyaya imza atmış Mişel Reykinqa olub.

Etirazçılar məhdudlaşdırıcı tədbirlərlə yanaşı, vaksinasiya əleyhinə də şüarlar səsləndiriblər.

Mənbə: “Korrespondent”