39 il komada qalan futbolçu vəfat etdi

17:40 06-09-2021 427

PSJ-nin və Fransa millisinin sabiq futbolçusu, 73 yaşlı Jan-Pyer Adams vəfat edib.

Jan-Pyer Adams 1981-ci ildə 33 yaşında karyerasını başa vurub.

Futbolçu 1982-ci ildə diz əməliyyatı zamanı həkimlərin səhvi nəticəsində komaya düşüb.

O, 39 il ərzində komada olub.

Bütün bu illər ərzində ona həyat yoldaşı Bernadett qulluq edib.

Mənbə: “L’Equipe”