Fələstinlilər tunel qazaraq İsrail həbsxanasından qaçdılar

01:00 07-09-2021 358

İsrail təhlükəsizlik qüvvələri dünən gecə ölkənin şimalındakı Qilboa həbsxanasından qazdıqları tuneldən qaçan altı fələstinlini axtarır.

Qaçanlar Fəth təşkilatının silahlı qanadı “Əl-Əqsa Şəhidləri”nin üzvləridir.

Onlar həbsxanada eyni palatada qalıblar və orada 10 metrlik tunel qazıblar.

Qaçan fələstinlilərin axtarışlarına helikopterlər və pilotsuz uçuş aparatları cəlb edilib.

Qaçanların hamısının ömürlük həbs cəzasına məhkum edildiyi bildirilir.

İrlandiyalı mütəxəssislərin nəzarəti altında inşa edilən və 2004-cü ildə açılan Qilboa həbsxanası İsraildə nəzarətin ən güclü olduğu həbsxanalardan biridir.

Mənbə: “Anadolu” agentliyi