Gürcüstanda 111 yaşlı qadın koronavirusa qalib gəldi

05:20 07-09-2021 365

Gürcüstanda koronavirus infeksiyasından sağalan 111 yaşlı xəstə sentyabrın 6-da Respublika Xəstəxanasını tərk edəcək.

Yaşlı qadın 12 gün əvvəl xəstəxanaya yerləşdirilib. Həkimlərin dediyinə görə, o bütün tövsiyələri yerinə yetirib və tam müalicə kursu keçib.

Onun 80 yaşlı oğlu da klinikadadır. Həmin şəxsin vəziyyəti stabildir və özünü daha yaxşı hiss edir.

Mənbə: “Sputnik Gürcüstan”