Təhsil naziri :“Müəllim və tələbələrə vaksinasiya məsələsində güzəşt olmayacaq”

14:40 07-09-2021 326

“Çox sayda müəllim var ki, koronavirus əleyhinə vaksinasiyadan imtina edirlər”. 

HerGun.Az-ın məlumatına görə, bunu yeni tədris ilinin təşkil olunması ilə bağlı keçirilən brifinqdə nazir Emin Əmrullayev bildirib. 

Onun sözlərinə görə, tibbi və sağlamlıq baxımında vaksinasiya vacibdir. 

Nazir qeyd edib ki, 18 yaşdan yuxarı tələbə və digər təhsil işçiləri mütləq qaydada vaksinasiyadan keçməli və ya əks göstərişlə bağlı sənəd təqdim etməlidir: 

“Bu barədə güzəşt olmayacaq. Bu, müəllimlərə də aiddir”.

İlhamə Əbülfət