Fransa klubu "Qarabağ"ın futbolçusunu istəyir

13:09 17-08-2019 673

"Qarabağ"ın Mərakeş əsilli fransalı futbolçusu Abdella Zubir ölkəsinə geri qayıda bilər.

Bu barədə "Le Telegramme"a müsahibəsində Fransanın I divizion klubu olan "Genqam"ın baş məşqçisi Patris Leyr deyib.

O bildirib ki, iki futbolçu – "Qarabağ"dan Zubiri, "Lans"dan isə mərkəz yarımmüdafiəçisi El Haci Banı transfer etmək istəyirlər:

"Ümid edirəm ki, yaxın günlərdə onlar haqqında yaxşı xəbərlər alacağam. Bu iki futbolçu bizi maraqlandırır. Lakin bu barədə hələ konkret heç nə yoxdur".

Qeyd edək ki, A.Zubir ötən ilin yayında "Lans"dan "Qarabağ"a gəlib. Onun "Qarabağ"la 2020-ci ilin yayınadək müqaviləsi var. 

Səbuhi Musayev