Qadın taekvondo yığmamızın baş məşqçisi dəyişdirildi

16:00 07-09-2021 479

Azərbaycan Taekvondo Federasiyasının idarə heyətinin növbəti toplantısı keçirilib.

HerGun.Az-ın məlumatına görə, toplantıda məşqçi müəllimlərin fəaliyyəti və Tokio-2020 Olimpiya Oyunlarında taekvondoçuların çıxışları müzakirə olunub.

Verilən qərara əsasən məşqçi müəllimlərin heyətində müəyyən dəyişikliklər olunub.

Belə ki, kişilərdən ibarət milli komandanın baş məşqçisi Reza Mehmandust, köməkçi məşqçi isə Sənan Həşimov, qadınlardan ibarət milli komandanın baş məşqçisi Səbuhi Zülfüqarov, köməkçi isə məşqçi Rəşad Məmmədov təyin olunub.

Digər milli komandalarda, gənclərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, köməkçi məşqçi Zahid Məmmədov, yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi Elnur Amanov, köməkçi məşqçi Vurğun Cəfərov, 21 yaşlı gənc milli komandanın baş məşqçisi Ələkbər İmaməlivev, köməkçi məşqçi isə Vüqar Məcidovun təyinatı rəsmiləşib.

Qeyd edək ki, qadın taekvondo millimizin baş məşqçisi əvvəl 2008-ci ilin Avropa çempionu Elnur Amanov idi.