Almaniyalı nazir Bundestaqın iclasından birbaşa xəstəxanaya aparıldı - FOTO

18:00 07-09-2021 406

Almaniyanın iqtisadiyyat və enerji naziri Peter Altmayer Bundestaq komitəsinin iclası zamanı özünü pis hiss edib və oradan birbaşa xəstəxanaya aparılıb.

Bildirilir ki, iclas Berlində “Ritz-Carlton” hotelində keçirilib. Ancaq 63 yaşlı nazir görüşdən əvvəl səhhətindən şikayətlənib, sonra isə danışmaqda çətinlik çəkib. O, təcili yardımla “Charite” klinikasına aparılıb.

Nazirin xəstəxanaya yerləşdirilməsinin dəqiq səbəbi məlum deyil.

Daha sonra Altmayer vəziyyətinin düzəldiyi barədə sosial şəbəkə hesabından məlumat verib.

Mənbə: “Bild”