İçməli su həsrəti sona çatan İvanovka sakinləri “Baku TV”yə danışdılar – VİDEO

18:40 07-09-2021 336

İsmayıllı rayonunun İvanovka kəndinin sakinləri illərdir ki, içməli su üzünə həsrət qalmışdılar. İllər öncə çəkilmiş bulaqlar çürüyüb sıradan çıxmışdı. Buna görə də kənd sakinləri suya olan ehtiyaclarını uzaq məsafədən su gətirməklə qarşılayırdılar. 

Amma o günlər geridə qalıb. Bu gündən etibarən kəndə içməli su verilib. 

“İllərdir kolxozun rəhbərindən xahiş edirdik ki, bizə su versin”.

Bu sözləri İvanovka kənd sakini Sergey Kazakov deyib.

Daha ətraflı Baku TV-nin süjetində: