Azərbaycan – Portuqaliya oyununda meydana girən azarkeşlər Bruno Fernandeslə “selfi” çəkdirib çıxdılar - VİDEO

22:00 07-09-2021 531

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən Azərbaycan – Portuqaliya matçında meydana azarkeşlər daxil olub.

Qarşılaşmanın 86-cı dəqiqəsində dörd nəfər azarkeş nəzarətçilərin diqqətindən yayınaraq meydançaya giriblər. Onlar Portuqaliyanın futbolçusu Bruno Fernandes ilə “selfi” çəkdirdikdən sonra gəldikləri kimi də meydandan çıxıblar.

Onlar meydanı tərk etdikdən sonra matç qaldığı yerdən davam edib.

Maraqlıdır ki, azarkeşlərin meydana girməsi və çıxması arasında onlara qarşı hansısa kənar müdaxilə olmayıb.

Sözügedən görüntüləri təqdim edirik: