Pakistanda daşqın və sel baş verib – FOTO

23:00 07-09-2021 810

Pakistanda şiddətli yağış daşqın və selə səbəb olub.

Təbii fəlakətdən ən çox Ravalpindi şəhəri zərər çəkib.

Daşqın xüsusilə sürücülərə çətin anlar yaşadıb. Belə ki, şəhər yollarında hərəkət faktiki olaraq dayanıb.

Hadisə nəticəsində mümkün tələfat barədə hələ ki, məlumat yoxdur.

Mənbə: “Anadolu”