Əfqanıstanda Əhməd Şah Məsudun məzarı təhqir olundu - FOTO

06:00 08-09-2021 693

Əfqanıstanın Pəncşir vilayətinin “Taliban” tərəfindən ələ keçirilməsindən sonra Şimal Alyansının keçmiş rəhbəri Əhməd Şah Məsudun məzarı təhqir olunub.

Müvafiq foto sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Əhməd Şah hələ ötən əsrin sonlarında “Taliban”a qarşı çıxan qüvvələrə rəhbərlik edib. O, 2001-ci ildə öldürülüb.

Hazırda Pəncşir müqavimətçilərinə onun oğlu başçılıq edir.