Mediasiya Şurası İxtisas Komissiyasının sədri seçildi

20:00 08-09-2021 571

Mediasiya Şurası İxtisas Komissiyasının ilk iclası keçirilib.

İclasda İdarə Heyətinin sədri, İdarə Heyətinin və İxtisas Komissiyasının üzvləri iştirak edib.

Komissiyanın üzvləri tərəfindən mediator Qasım Şaliyev yekdilliklə İxtisas Komissiyasının sədri seçilib.

Qeyd edək ki, Qasım Şaliyev ali hüquq təhsilini Türkiyə Respublikasının nüfuzlu Ankara Universitetinin Hüquq Fakultəsində aldıqdan sonra uzun müddət yerli və xarici şirkətlərdə hüquqşünas kimi fəaliyyət göstərib və son 10 ildə iqtisadi həyatın flaqmanlarından olan Modern Şirkətlər Qrupu və Yeni Həyat Şirkətlər Qrupunda hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. Mediator Qasım Şaliyev həm mediasiya üzrə milli təlimçi, həm də Ədliyyə Akademiyası tərəfindən təşkil olunan mediasiya təlimi imtahanlarında komissiya üzvü olaraq Azərbaycan Respublikasında mediatorların tədrisinə xüsusi töhfə verir. 2018-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan Qasım Şaliyev hazırda Xəzər Universitetində Mediasiya üzrə MBA təhsili alır.

Mənbə: E-huquq.az