Astarada baba nəvəsi ilə "avtoşluq" etdi - VİDEO

15:27 17-08-2019 612

Astarada "təmiz hava" aylığı çərçivəsində reyd keçirilib. 

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, reyd zamanı ciddi qayda pozuntusuna yol verərək, həm nəqliyyatın, həm də piyadaların hərəkəti üçün təhlükə törədən sürücü saxlanılıb. 

Rayon sakini Camal İbrahimov 102 xidmətinə müraciət edərək, dənizkənarı parkın yaxınlığında maşınla təhlükəli manevrlər edərək özü və nəvəsinin həyatını riskə atan sürücü haqqında şikayətçi olub. 

Nəticədə, polis tərəfindən avtoxuliqanlıq edən sürücü saxlanılıb. 

Rövşən  Mövlan