Bakını su ilə təmin edən şəhərdə antisanitar vəziyyət - FOTO

18:00 17-08-2019 725

Xaçmaz rayonunun Xudat şəhərinin küçələri zibilliyə çevrilib.

HerGun.Az xəbər verir ki, kiçik şəhərdə hazırda antisanitar vəziyyət yaranıb. 

Şəhərin əsas küçələri – M.Şəhriyyar, M.X.Axundov, O.Mirzəyev, X.Məmmədov və Mədəniyyət evinin ətrafı məişət tullantıları ilə zibillənib.

Ətrafda tullantıları atmaq üçün kifayət qədər qutular olsa da, zibillər küçəyə atılır. Ərazi uzun müddətdir təmizlənmir. 

Qeyd edək ki, Xudat şəhəri Bakını "Şollar" suyu ilə təmin edir. Eləcə də, Rusiya Federasiyasına gediş-gəliş yolu bu şəhərdən keçir.