Azərbaycanda məhbuslar tam olaraq vaksinasiya olunub

18:40 10-09-2021 366

Penitensiar müəssisələrdə məhbuslar tam olaraq vaksinasiya olunub.

Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən “Report”un sorğusuna cavab olaraq bildiriblər.

Qeyd edilib ki, yeni daxil olanların dozalardan asılı olaraq, əgər azadlıqda olanda birinci doza vurulubsa, ikinci doza vurulmayıbsa, hər iki doza vaksinasiyası tələb olunan qaydada aparılır: “Məhbusların “Sinovac” vaksini ilə peyvəndlənmə işi aparılır”.