Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib - FOTO

20:09 17-08-2019 924

Göyçay rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhərindən keçən hissəsində, Göyçay çayının üzərindəki körpüyə yaxın ərazidə qeydə alınıb.

"VAZ 2107" və "Chevrolite" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hələlik xəsarət alanların adları məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Nazir Quliyev