Bakıda beynəlxalq tennis turnirləri keçirilib: Tenisçilərimiz qaliblər sırasında - FOTO

21:20 12-09-2021 474

Bakıda ənənəvi beynəlxalq tennis turnirləri keçirilib. 

HerGun.Az-a verilən məlumata görə, Azərbaycan Tennis Federasiyası ilə Avropa Tennis Assosiasiyasının hər il birgə təşkil etdiyi Heydər Əliyevin xatirəsinə həsr olunan 14 və 16 yaşlararası Avropa tennis turnirlərində Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan, Türkiyə, Almaniya və s. ölkə tennisçiləri iştirak edib.

16 yaşlılar kateqoriyasında ölkəmizi təmsil edən tennisçilərimizdən biri Kənan Qasımov qalib olub.

O, rəqibi Rusiya tennisçisi Saveli Şpitaya 6:2 və 6:3 hesabı ilə üstün gələrək tək oyunların qalibi olub.

Azərbaycan Tennis Federasiyası ilə Beynəlxalq Tennis Federasiyasının birgə olaraq təşkil etdiyi 18 yaşlararasında J5 Baku Payız Kuboku adlı beynəlxalq reytinqli tennis turnirlərində Rusiya, Ukrayna, Türkiyə, İsrail, Hindistan, Sinqapur, Almaniya, Belarus, Qazaxıstan və s. ölkə tennisçiləri iştirak edir.

Dörd həftə ərzində təşkil olunan bu turnirlərin ilk həftəsində Tamerlan Əzizov ölkəmizə qələbə qazandırıb. 

Tennisçimiz rəqibi Qazaxıstan tennisçisi Əmir Ömərxanova 6:3 və 6:2 hesabı ilə üstün gələrək tək oyunların qalibi olub.