Keşiş sakinlərdən 1,3 milyon dollar yığaraq qaçıb

05:00 13-09-2021 357

Stavrapol vilayətində yerli sakinlərdən 1,3 milyon dollar toplayaraq aradan çıxan keşiş saxlanılıb.

“Xristian missiyası” yevangelist kilsəsinin əməkdaşı qeyd olunan vəsaiti müxtəlif bəhanələrlə alıb.

Federal axtarışa verilən din xadimi Moskvada tapılıb.

Onun barəsində dələduzluqla bağlı cinayət işi açılıb.

Mənbə: Ren TV