Tətildən qayıdan britaniyalı xanım alt geyimində kərtəngələ aşkarladı

06:40 13-09-2021 333

Britaniyalı Liza Rassel istirahət məqsədilə Barbados adalarına yollanıb.

Tətilini başa vuran qadın ölkəsinə qayıtdıqdan sonra sürprizlə qarşılaşıb.

Çamadanını boşaldan Liza alt paltarlarının içində gizlənmiş tropik kərtəngələyə rast gəlib.

O, 6.5 min km məsafə qət edən canlının şəkillərini çəkərək sosial şəbəkədə paylaşıb.

Mənbə: Ren TV