“Caliber” İranın Xəzərdə Türkiyə donanması axtarışları barədə... - VİDEO

22:40 13-09-2021 24

Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı Xəzər dənizinin Azərbaycan ərazi sularında keçirilən təlimlər İranda ciddi narahatlıq yaradıb.

Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan növbəti süjetdə bildirlib.

“Maraqlıdır ki, Türkiyənin Xəzərdə olmayan hərbi mövcudluğunu bütün gözləri ilə axtaran İran, Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdiyi Azərbaycan Respublikası ərazisindən nəqliyyat vasitələrinin qanunsuz keçidinə görə susmağa davam edir. Caliber.Az qaçaqmalçılıqla bağlı bu yaxınlarda təkzib olunmayan konkret faktlar təqdim edib. Amma Tehran həm faktlara, həm də Azərbaycan tərəfinin haqlı narazılığına göz yummağı üstün tutub”, deyə videomaterialda qeyd olunub.

Daha ətraflı “Caliber”in yeni süjetində: