Telefon zəngi zamanı şəxsi məlumatları bölüşməyin - kibercinayətkarlar iş başında – VİDEO

23:20 13-09-2021 367

Son günlər kiberhücum vasitəsilə insanlar aldadılır və şəxsi məlumatları ələ keçirilir. Belə hallar daha çox telefon zəngləri vasitəsilə olur.

Texnobloger Fərid Pərdəşünas hesab edir ki, bu, yerli operatorların problemi deyil.

Onun sözlərinə görə, kiberhücumlar telekommunikasiya sektorunda bilinən qlobal problemdir.

Fərid Pərdəşünasın fikrincə, vəziyyətdən çıxış yolu telefonda səsli şəkildə heç kimə məlumat verməməkdir. Bundan başqa, gələn zəngin kim tərəfindən edilməsinə baxmayaraq, şəxsi məlumatları bölüşmək tövsiyə edilmir.

Mənbə: Xezerxeber.com