Di Kaprio Türkiyədəki meşə yanğınlarıyla bağlı paylaşım edib – FOTO

00:00 14-09-2021 650

Populyar Hollivud ulduzu Lionardo di Kaprio dünya ölkələrində, o cümlədən də Türkiyədə baş vermiş meşə yanğınları ilə bağlı paylaşım edib.

Məşhur aktyor fərqli ölkələrdə təkrarlanan təbii fəlakətləri “iqlim böhranı və fövqəladə vəziyyət” adlandırıb.

O, faciənin qarşısını almaq üçün birgə hərəkət etməyə çağırıb.

Qeyd edək ki, di Kaprio həm də ekoloji fəal kimi tanınır. Kino ulduzu hər il bu istiqamətdə milyonlarla dollar xərcləyir.