Beyl uzun müddət futboldan kənar qalacaq

01:00 14-09-2021 479

Madrid “Real”ının futbolçusu Qaret Beyl uzun müddətlik sıradan çıxıb.

32 yaşlı uelsli “Selta” ilə oyunöncəsi məşq prosesində zədə alıb.

Bu gün baş tutan tibbi baxışda yarımmüdafiəçinin zədəsinin ciddiliyi təsdiq olunub.

Sağ bud əzələsini zədələyən Beylin ən az bir ay meydana çıxa bilməyəcəyi vurğulanıb. Oktyabrın ortalarında keçiriləcək təkrar tibbi müayinə ilə onun vəziyyəti bir daha qiymətləndiriləcək və uyğun qərar veriləcək.

Mənbə: “Marca”