Ronaldu, yoxsa Messi? Premyer Liqa müdafiəçiləri söz savaşına çıxdı - FOTO

11:00 14-09-2021 19

“Liverpul”un keçmiş oyunçusu Ceymi Karreger “Mançester Yunayted”in keçmiş müdafiəçisi Qari Nevillə bütün zamanların ən yaxşı oyunçuları haqqında müzakirə aparıb.

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Kriştianu Ronaldunu bütün zamanların ən böyük futbolçusu adlandırıb və Lionel Messidən daha bacarıqlı bir oyunçu olduğunu deyib.

Karreger isə onunla razılaşmayıb:

“Siz müxtəlif üsullarla vurulan qollardan danışırsınız. Topun tora necə dəyməsinin əhəmiyyəti yoxdur. Qolun başla vurulması və ya cərimə zərbəsindən vurulmasının fərqi yoxdur. Messi Ronaldodan daha yaxşı qol statistikasına malikdir”, - deyə o bildirib.

“Liverpul”un keçmiş oyunçusu, Messinin həm də “pleymeyker” olduğunu vurğulayıb.

“Messi oyunu apara bilər, Ronaldo isə yox. Əlbəttə, bu tənqid deyil. Ancaq Ronaldu dəqiq bütün zamanların ən yaxşı futbolçusu deyil. Messinin bütün qolları sol ayağı ilə vurması o qədər də əhəmiyyətli deyil. Statistika bunun çox hallarda qolla nəticələndiyini sübut edir”.

“İki böyük futbolçu. Bütün xüsusiyyətlərə görə Ronaldo daha yaxşı oyunçudur. O, Messinin edə bilmədiyini bacarır: İşlənməyən ayağı ilə oynamaq, yaxud “ikinci mərtəbədə” oynamaq baxımından. Ancaq Messi gözlərinizə inanmayacağınız şeyləri edə bilər. Ronaldo başqalarının bacardığını edir, Messi isə həyatınızda bir daha şahidi olmayacağınız bacarıqları göstərir”, - deyə Karraqer bildirib.

“Sky Sports”