18 yaşlı tennisçinin geyimi sosial şəbəkələrdə ajiotaj yaratdı - FOTO

01:40 15-09-2021 527

“US Open”in qalibi olan britaniyalı tennisçi Emma Radukanunun Açıq Çempionatda geyindiyi idman komplekti  böyük ajiotaja səbəb olub.

“Böyük Dəbilqə” turinirinin 18 yaşlı çempionu, “Nike” firmasının dar topunda və yubka-şortda korta çıxıb.

Məlumata görə, elə həmin günü şirkətin internet mağazasında geyim dəstlərinin hamısı alınıb. Dəstin qiymətinin 110 funt sterlinq (təqribən 258 manat) olduğu vurğulanıb.