“İndiana Cons”un çəkilişləri virus səbəbindən dayandırıldı

03:00 15-09-2021 380

“İndiana Cons” barədə sayca beşinci filmin çəkilişləri norovirus səbəbindən dayandırılıb.

Macəra filminin çəkilişlərini aparan “Pinewood” studiyasının 50-dək əməkdaşı virusa yoluxma təhlükəsilə əlaqədar olaraq evə göndərilib.

Ekran əsərinin baş qəhramanını canlandıran 79 yaşlı Harisson Ford isə bir müddət öncə ciynindən əməliyyat olunub və üç ay boyunca çəkiliş meydançasından uzaq qalacaq.

Qeyd edək ki, norovirus yolxucu olmaqla özünü qarın sancısı, qusma və ishal kimi əlamətlərlə göstərir.

Mənbə: “Haber Global”