Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

13:20 16-09-2021 606

Sumqayıt sakini əməliyyat masasında ölüb.

HerGun.Az-ın əldə etdiyi məlumatına görə, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb.

Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.