Ronaldu qoyunlara görə evini dəyişdi - FOTO/VİDEO

18:00 16-09-2021 479

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu Mançesterdəki evini dəyişib.

HerGun.Az xəbər verir ki, buna əvvəlki evinin yaxınlığında qoyunların olması və heyvanların səsinin onu və ailəsini narahat etməsi səbəb olub.

“The Sun”ın mənbəsinin verdiyi məlumata görə, futbolçu matçlar arasında istirahətə ehtiyac duyduğundan yatmağa önəm verirmiş. Lakin səhərlər qoyunların səsi onu və ailəsini narahat edirmiş.

O, artıq 5,6 milyon dollarlıq yeddi yataq otağı olan yeni evə köçüb.

Səbuhi Musayev