Parisin “Zəfər tağı” gümüşü bağlamada təqdim olundu – FOTO

08:40 17-09-2021 407

Parisdə şəhərin rəmzlərindən sayılan “Zəfər tağı” fərqli görüntüdə təqdim olunub.

Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

Fransa prezidenti Emmanuel Makron “Zəfər tağı bağlamada” instalyasiyasının təqdimatında iştirak edib.

Abidə 17 saat ərzində gümüşü parçaya bükülərək qırmızı lentlərlə bağlanıb.

Əsərin müəllifi bolqar əsilli ABŞ rəssamı Xristo Yaşevdir.

İnstalyasiya oktyabrın 3-dək nümayiş olunacaq.