Bu məhsul sağlamlığa ziyan imiş

14:27 18-08-2019 778

Qidada kətan toxumundan istifadə zəhərlənməyə səbəb ola bilər. Bu nəticəyə Ərzaq Təhlükəsizliyi üzrə Avropa Agentliyinin (EFSA) alimləri gəliblər.

"Daily Mail"in verdiyi məlumata görə, kətan toxumunun tərkibində sionid aşkarlanıb.

Liflər, omeqa yağ turşuları və mikroelementlərlə zəngin olan bu məhsulu tez-tez sıyıqlara, yoqurtlara əlavə edirlər. Lakin kətan toxumunun tərkibində həm də amiqdalin birləşməsi var ki, bu da qazabənzər sionid yaradır.

Alimlərin sözlərinə görə, üçdə bir çay qaşığı qədər üyüdülmüş kətan toxumu sağlamlığa ciddi ziyan vura bilər. Məhsuldan zəhərlənmənin ilkin əlamətləri baş ağrısı, nəfəs problemləri və aritmiyadır.

Elm adamları onu da müəyyənləşdiriblər ki, kətan toxumu üyüdülmüş halda daha da təhlükəli olur.