Dövlət Xidməti: “Azad olunan ərazilərdəki tarix-mədəniyyət abidələrinin reyestri yaradılacaq”

19:20 17-09-2021 407

“Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndələri tərəfindən işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələrinin ilkin inventarlaşdırılması və mühafizəsi məqsədilə həyata keçirilən monitorinqlər davam etdirilir”.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Xidmətindən bildirilib.

Qeyd edilib ki, aparılan monitorinqlər tarixi abidələrin hazırki vəziyyəti, onlara edilmiş qanunsuz müdaxilə halları, vandalizm, özününkiləşdirmə faktlarının müəyyən edilməsi və mədəni irs nümunələrinin inventarlaşdırılmasını təmin edəcək: “Eləcə də tarixi abidələrin bərpa və konservasiya olunmasının prioritetləşdirilməsi baxımından məlumat bazası, reyestr rolunu oynayacaq”.