Yağışdan əvvəl meydana gələn nəhəng burulğan sakinləri təşvişə saldı - VİDEO

07:00 18-09-2021 389

Türkiyənin Qars vilayətində yağışdan əvvəl meydana gələn nəhəng burulğan bəzi sakinlər arasında təşviş yaradıb.

Ətrafda olan insanlar təxminən 10 dəqiqə davam edən təbiət hadisəsini telefona çəkərək ictimailəşdiriblər.

Qeyd olunur ki, burulğan nəticəsində Qars vilayətinin Tekneli kəndində bəzi evlər zədələnib.

İnsan tələfatının olmadığı bildirilir.

Mənbə: “İhlas Haber Ajansı” (İHA)