İnkişaf etmiş ölkələrdə uşaqlar kütləvi şəkildə az tanınan virusa yoluxmağa başlayıblar

08:20 19-09-2021 340

ABŞ, İsveçrə, Böyük Britaniya və Yaponiyada həkimlər uşaqlar arasında tənəffüs yolu xəstəliklərinə səbəb olan, az tanınan sinsitial infeksiyasına yoluxma hallarını qeydə alıblar.

Alimlərin sözlərinə görə, COVID-19 pandemiyası tənəffüs yolu ilə əlaqəli olan virusların yayılmasına təsir edib və karantin məhdidiyyətlərinə görə uşaqlarda virusa qarşı immunitet inkişaf etməyib.

ABŞ-ın Nyu-York şəhərinin xəstəxanalarından birində Uşaq Yoluxucu Xəstəlikləri Bölməsinin rəhbəri Rabia Aaa qeyd edib ki, yeni virusa yoluxma halları hələ bu ilin aprel ayına olub.

Onun sözlərinə görə, bunun nəticəsində xəstəxananın intensiv terapiya bölməsi qısa zamanda xəstələrlə dolub.

“Bu bizi təəccübləndirdi. Bilirdik ki, diqqəti buna yönəltməyə dəyər, amma düşünmürdük ki, xəstələr bu qədər çox olacaq”.

Bu sözləri isə İsveçrənin Sürix Universiteti Klinikasının həkimi Kristof Berqer deyib.

Mənbə: BBC